Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazaxıstan və Çin arasında 15 milyard dollarlıq tarixi sazişlər imzalanıb

2 dəq
Paylaş:
Qazaxıstan və Çin arasında 15 milyard dollarlıq tarixi sazişlər imzalanıb

və Çin arasında iqtisadi əməkdaşlıqda yeni mərhələ başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya səfəri zamanı ümumi dəyəri 15 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb. Razılaşmalar , rəqəmsallaşma, və sənaye sahələrini əhatə edir.

Tokayev Çin şirkətləri ilə görüşündə iki ölkə arasındakı əməkdaşlığı növbəti “qızıl otuz il” kimi qiymətləndirib. O bildirib ki, Astananın əsas məqsədi yalnız cəlb etmək deyil, həmçinin yeni texnologiyaların hazırlanması, elmi-tədqiqat mərkəzlərinin yaradılması və istehsal zəncirlərinin inkişaf etdirilməsidir.

Məlumata görə, ötən il Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 49 milyard dollara çatıb, Çinin ölkəyə yatırdığı investisiyaların həcmi isə 30 milyard dolları ötüb. Hazırda Qazaxıstanda Çin kapitalı ilə fəaliyyət göstərən 8500-dən çox şirkət var.

Əməkdaşlığın əsas istiqamətlərindən biri süni intellekt və rəqəmsal infrastruktur olacaq. Çin şirkətlərinin məlumat mərkəzləri, “ağıllı şəhərlər” və rəqəmsal logistika layihələrində iştirakı nəzərdə tutulur.

Bundan əlavə, Xəzər dənizində yerləşən Kurık limanında çoxfunksiyalı kompleksin tikintisi ilə bağlı razılaşma əldə olunub. Layihəyə ilkin mərhələdə 300 milyon dollar, ümumilikdə isə 1,1 milyard dollara qədər investisiya yatırılması planlaşdırılır.

Tikintinin 2026-cı ildə başlanması, kompleksin isə 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin illik ötürücülük qabiliyyətinin 15 milyon ton olacağı və Asiya-Avropa dəhlizinin inkişafına töhfə verəcəyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax