Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və rayonlarda hava necə olacaq?

1 dəq
Paylaş:
Bakı və rayonlarda hava necə olacaq?

Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub- küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə