Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Atatürk Hava Limanından Kahramanmaraşda 24 sinif otağı olan Heydər Əliyev İbtidai məktəbinin təməlqoyma mərasimində canlı bağlantı vasitəsi ilə qatılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KiV-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanında 7-ci TEKNOFEST-də iştirak edib.
Ərdoğan qeyd edib: "Hal-hazırda əziz qardaşım İlham bəy bizi Pazarcık mərkəzli zəlzələdə ən başından bəri heç vaxt tək qoymadı. İlk andan etibarən axtarış-xilasetmə qrupları Kahramanmaraşda bizimlə oldu. Az qala orada Azərbaycan kimi ölkə tikmək qərarına gəldilər. Bu gün bu münasibətlə biz də bu məktəbin təməlini qoyacağıq".