İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi postuna qayıdan Joze Mourinyo heyətdə islahatlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis müdafiə xəttindəki iki futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
Mənbə qeyd edir ki, portuqaliyalı çalışdırıcı Alvaro Karreras və Raul Asensionun xidmətində maraqlı deyil.
Məşqçi bu oyunçuların satışından əldə olunacaq vəsaiti yeni transferlər üçün istifadə etməyi planlaşdırır. Mourinyonun məqsədi boşalan mövqeləri daha uyğun hesab etdiyi yeni futbolçularla gücləndirməkdir.
Xatırladaq ki, Joze Mourinyo yaxın zamanda "kral klubu"na geri dönüb. Tərəflər arasında 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.