Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.