Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bayramov pakistanlı həmkarı ilə danışdı - YENİLƏNİB

2 dəq
Paylaş:
Bayramov pakistanlı həmkarı ilə danışdı - YENİLƏNİB

naziri ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, naziri Məhəmməd İshaq Dar arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq vəziyyəti müzakirə olunub.

Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq prosesləri, o cümlədən Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə pakistanlı diplomat "X" hesabında yazıb.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax