Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail qoşunlarını Livandan mərhələli şəkildə çıxaracaq

2 dəq
Paylaş:
İsrail qoşunlarını Livandan mərhələli şəkildə çıxaracaq

İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişi İsrail qoşunlarının respublika ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə , İsrail və Livan nümayəndələri tərəfindən Vaşinqtonda imzalanan və iyunun 26-da dərc olunmuş müqavilənin mətnində deyilir.

Sənəd münaqişəyə son qoyulmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini və onlarla əlaqəli infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxacaq.

tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış ayrıca bir əlavədə göstəriləcək. Saziş həmçinin hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarətinin Livan hakimiyyətinə verilməsini nəzərdə tutur. Onların dəqiq yeri açıqlanmır.

Sənəddə vurğulanır ki, Hizbullah da daxil olmaqla silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə İsrail Müdafiə Qüvvələrinin Livandakı mövcudluğunu aradan qaldırmağa imkan verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax