İsrail ordusu İrana qarşı bir neçə həftə davam edəcək hərbi əməliyyatlara hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin sözçüsü Nadav Şoşani deyib.
O bildirib ki, İsrailin İrana qoşun göndərmək planı yoxdur.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü həmçinin qeyd edib ki, İsrail bir neçə həftəlik ümumi fəaliyyət planı hazırlayıb.
O əlavə edib ki, hərbi kampaniyanın müddəti hadisələrin gedişatından asılı olaraq dəyişə bilər.
Şoşaninin sözlərinə görə, hazırda vəziyyət İsrailin xeyrinə inkişaf edir.
Sözçü həmçinin qeyd edib ki, İsrail və Amerikanın İrana hücumları İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb:
"Onlarla İran raket buraxıcısı məhv edilib. Döyüşlərin ilk iki günündən sonra İsrailə raket hücumlarının sayı azalıb".