İtaliyada İsrailə qarşı etiraz aksiyası keçirilib

İtaliyada İsrailə qarşı etiraz aksiyası keçirilib
10.04.2024 09:18
Aa
dəq

İtaliyada tələbə və professorlar İsrail Universitetləri ilə bağlanan tədqiqat müqavilələrinin ləğvini tələb edən etiraz aksiyası keçiriblər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin təhsil nazirlikləri arasında akademik əməkdaşlıq həm mülki, həm də hərbi sahələri ehtiva edəcək. 

“Hazırki şəraitdə hərbi məqsədlər üçün İsraillə əməkdaşlıq etmək qəbuledilməzdir. Mən bir tələbə olaraq buna qarşı çıxıram. İsrail on minlərlə günahsızın qanını töküb, yüz minlərlə insanı ac-susuz qoyub", – deyə etirazçılardan biri olan hüquq fakültəsinin tələbəsi Anita Palermo deyib.

"İsrailin dinc əhalini və xəstəxanaları bombaladığı, Qəzzalıların aclığa sürükləndiyi və İordan çayının qərb sahilindəki torpaqların hələ də müstəmləkə olunduğu bu tarixi anda ölkəmiz, Xarici İşlər Nazirliyi və xüsusən də universitetimiz bu addımı ata bilməz. Təhsili siyasətə qatmayın deyənlərə səslənirəm. Hazırda məsələ siyasət deyil, gündəlik reallıqdır. Hər gün onlarla uşaq öldürülür. Biz heç nə olmamış kimi davrana və onlarla əməkdaşlıq edə bilmərik" - deyə başqa bir tələbə etirazçı Federiko Manetti deyib. 

Həftənin ən çox oxunanları

İtaliyada çirkab sutəmizləyici qurğuda qəza olub, ölənlər var

İtaliyada çirkab sutəmizləyici qurğuda qəza olub, ölənlər var
DAVAMIN OXU davamın oxu

Fransada məscidin qarşısındakı 9 avtomobil yanıb

Fransada məscidin qarşısındakı 9 avtomobil yanıb
DAVAMIN OXU davamın oxu

İspaniya XİN başçısı ABŞ-a səfər etməyi planlaşdırır

İspaniya XİN başçısı ABŞ-a səfər etməyi planlaşdırır
DAVAMIN OXU davamın oxu

Litvada seçicilərin sayı 4% azalıb

Litvada seçicilərin sayı 4% azalıb
DAVAMIN OXU davamın oxu

“Eurovision”a Fələstin bayrağı ilə daxil olmaq qadağan edilib

“Eurovision”a Fələstin bayrağı ilə daxil olmaq qadağan edilib
DAVAMIN OXU davamın oxu