İtaliya tərəfdaşlar arasında İsrailə silah ixracına ən sərt məhdudiyyətləri tətbiq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corcia Meloni bildirib.
Siyasətçi qeyd edib ki, 2023-cü il oktyabrın 7-də İsrailin Qəzza zolağında əməliyyatı başladıqdan sonra hökumət İsrailə silah ixracı üçün bütün yeni lisenziyaların verilməsini dərhal dayandırıb.
Bu tarixə qədər verilmiş sənədlər ayrı-ayrılıqda təhlil edilib.