Əsas məzmuna keç

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb

İtaliya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü ilə bağlı təbrik mesajı göndərib.

ru en

İtaliya Prezidenti Sercio Mattarella İlham 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrik məktubunda İtaliya xalqı və şəxsən öz adından xalqına ən xoş arzular çatdırılıb.

Məktubda Bakı ilə Roma arasında mövcud olan strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb:

  • İki ölkə arasındakı dostluq və səmərəli əlaqələri yüksək qiymətləndirilib.
  • Enerji sahəsi başda olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətlərdə inkişafın davamlı olduğu qeyd edilib.

Sercio Mattarella çağırışların həllində dialoqun və dinc əməkdaşlığın roluna toxunaraq, İtaliyanın Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, etimadın və mehriban qonşuluq münasibətlərinin təşviqinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

Sonda İtaliya Prezidenti Azərbaycan dövlətinə və xalqına rifah, firavanlıq arzularını çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…