Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

İtaliya Prezidenti Sercio Mattarella İlham Əliyevi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi .

Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.

vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.

Cənab , ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax