Operativ Məlumat Mərkəzi

İsrail Qəzzada atəşkəs razılaşması üçün yeni şərtlər qoyur

2 dəq
Paylaş:
İsrail Qəzzada atəşkəs razılaşması üçün yeni şərtlər qoyur
bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlar zamanı İsrail hakimiyyəti Qəzza zolağının cənubundan...

İsrail HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasının planını dəyişməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlar zamanı İsrail hakimiyyəti Qəzza zolağının cənubundan şimala doğru hərəkət edən mülki şəxslərin təhlükəsizlik yoxlamasından keçməsi ilə bağlı yeni şərt irəli sürüb.

İsrail tərəfinin danışıqlarda iştirak edən rəsmiləri bildiriblər ki, onlar “mülki əhalinin Qəzzanın şimalına qayıtması üçün yoxlama mexanizminin yaradılmasını istəyirlər, çünki onlar bu əhalinin orada yerləşmiş Həmas döyüşçülərini dəstəkləyə biləcəyindən narahatdırlar”,- deyə xəbər agentliyi bir Qərb rəsmisinə istinadən xəbər verir.

O, HƏMAS-ın bu şərti rədd etdiyini bildirib. Mənbələr bildiriblər ki, İsrail də ordusundan Qəzza ilə Misir arasındakı sərhədə nəzarət etməyi tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər