İsrail ordusu (IDF) fevralın 27-də Qəzza zolağında səkkiz böyük hədəfə zərbə endirdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hücum Aşkelon şəhərinə endirilən raket zərbələrinə cavab olaraq həyata keçirilib.
Hərbçilər Xan Yunis və Əl-Zeytunda əməliyyatları davam etdirirlər.
Bundan əlavə, son bir gündə IDF Xan Yunisdə döyüşləri davam etdirib.
"Əməliyyatlardan birində hərbçilər terrorçuların hərəkət etdiyi nəqliyyat vasitəsinə raket ataraq 5 terrorçunu məhv ediblər".dif