İsrail Hərbi Hava Qüvvələri ötən sutka Livanın cənubunda və Qəzza zolağında 200-ə yaxın müxtəlif hədəfə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Hizbullah və HƏMAS-ın obyektlərinə - komanda məntəqələrinə, raket qurğularına və hərbi infrastruktura endirilib.
Ordunun məlumatına görə, İsrailin şimalındakı Hayfa körfəzinin atəşə tutulması üçün istifadə edilən buraxılış qurğusu Livanda məhv edilib.