İsrail HƏMAS-la müvəqqəti atəşkəs barədə razılığa gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bir neçə gündür ki, Parisdə Misir, Qətər və ABŞ-nın vasitəçilik etdiyi danışıqlarda ciddi irəliləyiş qeydə alınıb.
Razılaşma çərçivəsində Qəzza zolaöının cənubunda gedən şiddətli döyüşlərə bir neçə həftəlik fasilə verilməsi, 100-ə yaxın israilli girovun ən azından yarısının azad edilməsi, eləcə də
İsrailin həbs etdiyi fələstinli məhbusları azadlığa buraxması gözlənilir.
İsraildə 3 aya yaxındır ki, minlərlə etirazçının iştirakı ilə hökumət əleyhinə silsilə aksiyalar keçirilir. Son 2 gündə isə bu müddət ərzindəki ən səs-küylü və iğtişaşlı aksiyaları qeydə alınıb.
Təl-Əvivdə toplaşan minlərlə yəhudi B.Netanyahunu istefaya dəvət edib.
Polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb, 10larla insan xəsarət alıb, 25 nəfər saxlanılıb.
Son sutkada sosial şəbəkələrdə populyarlaşan bir videoda polisin etirazçılardan birinin başına atın cilovundan istifadə edərək zərbə endirdiyi əks olunub.
Əsas müxalifət lideri Yair Lapid polisi İsrail Müdafiə Qüvvələrinin (IDF) qərargahı qarşısında toplaşan nümayişçilərə qarşı aqressiv rəftarına görə sərt tənqid edib.