Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail "Sumud" donanmasının 15 gəmisini ələ keçirdi

2 dəq
Paylaş:
İsrail "Sumud" donanmasının 15 gəmisini ələ keçirdi

İsrailin -Dəniz Qüvvələri gecə ərzində fələstinyönümlü "" donanmasının 58 gəmisindən 15-ni keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti armadanın təşkilatçılarına istinadən xəbər verir.

"15 gəmimiz ələ keçirilib, göyərtədəki insanların yeri isə məlum deyil", - məlumatda deyilir.

Bundan əlavə, iştirakçılar iddia edirlər ki, bir neçə gəmi ilə əlaqə kəsilib, bunun nəticəsində ekipajlar fəaliyyətlərini koordinasiya etmək və təhlükə siqnalları göndərmək imkanını itiriblər.

Qeyd olunur ki, gəmilərin ələ keçirilməsi əməliyyatı Yunanıstanın Krit adasından çox da uzaq olmayan ərazidə həyata keçirilib.

İsrail HDQ missiyanın qalan iştirakçılarını geri dönməyə çağırıb. Alternativ olaraq onlara humanitar yardımı Aşdod limanına çatdırmaq təklif edilib, burada yük Qəzzaya göndərilməzdən əvvəl yoxlamadan keçəcək. HDQ xəbərdarlıq edib ki, marşrutun davam etdirilməsi halında qalan gəmilər də dayandırılacaq.

Əvvəllər məlumat verilmişdi ki, İsrailin İsrael Kats bu həftə sonu Qəzza sahilinin blokdasını yarmağa cəhd edəcəyi gözlənilən propalestinçi flotiliya üçün vəsait toplayan təşkilatçılara qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax