İsrail İranın hakimiyyət dairələrində təmsil olunan yüksək rütbəli şəxslərə qarşı nöqtə əməliyyatlarını intensivləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Qeyd edilib ki, İsrail kəşfiyyatı rejim kadrlarının gizləndiyi yerləri müəyyən edərək onları tək-tək hədəfə alır.
Mənbələr bildirir ki, sahədəki hərbi əməliyyatlarla yanaşı, kəşfiyyat müharibəsi də yeni mərhələyə qədəm qoyub.
İddialara görə, "Mossad" agentləri iranlı komandirlərə birbaşa zəng edərək onları təhdid edir və psixoloji təzyiq göstərirlər.