Operativ Məlumat Mərkəzi

İspaniya yığmasının üzvü karyerasını La Liqada davam etdirə bilər

1 dəq
Paylaş:
İspaniya yığmasının üzvü karyerasını La Liqada davam etdirə bilər
30 yaşlı müdafiəçinin xidmətində İspaniyanın "Real" klubu maraqlıdır. Lakin "Əl-Nəsr"in transfer üçün pul istəməsi futbolçunun Madrid komandasına...

İspaniya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Aymerik Laporte karyerasını La Liqada davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" AS-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin xidmətində İspaniyanın "Real" klubu maraqlıdır.

Lakin "Əl-Nəsr"in transfer üçün pul istəməsi futbolçunun Madrid komandasına keçidini çətinləşdirib. Səudiyyə Ərəbistanı təmsilçisi A.Laporteni 2023-cü ildə "Mançester Siti"dən 27 milyon avroya transfer edib. Danışıqlar uğurla yekunlaşarsa, futbolçu Madrid klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, müdafiəçi "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər