Operativ Məlumat Mərkəzi

İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir

1 dəq
Paylaş:
İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir
bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Buraya Nerkin Xand, həmçinin Sisian və Qorisdəki bazalar da daxildir”, - o əlavə...

İrəvan və Moskva Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədindəki 17 dislokasiya məntəqəsindən çıxarılması məsələsini müzakirə etməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Buraya Nerkin Xand, həmçinin Sisian və Qorisdəki bazalar da daxildir”, - o əlavə edib.

“Onlar bunu qəbul etdilər və soruşdular ki, biz onların Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini tərk etmələrini istəyirikmi? Cavab verdik ki, onların bu ərazilərdə yerləşdirilməsi razılaşma yolu ilə həyata keçirilir”, - A.Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Rusiya tərəfinə “Zvartnots” hava limanında yalnız erməni sərhədçilərinin olacağı barədə məlumat verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər