Fevralın 28-dən etibarən İranla aparılan hərbi əməliyyatlar zamanı yaralanan ABŞ hərbçilərinin sayı 800-ü ötüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 820 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 18-i həyatını itirib.
Son hesabatda ölən və yaralanan hərbçilərin ümumi sayının iyul ayında açıqlanan göstərici ilə müqayisədə 26 nəfər artdığı bildirilib.