İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankerinin saxlanıldığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata əsasən, hadisə cümə günü səhər saatlarında baş verib. Bildirilib ki, boğazdan keçməyə cəhd edən iki neft tankeri İranın xəbərdarlıqlarına məhəl qoymayıb.
Məlumata görə, SEPAH sözügedən gəmilərin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yanlış yönləndirməsi ilə hərəkət etdiyini iddia edib. Bəyanatda tankerlərin müəyyən olunmamış marşrut üzrə və ABŞ hərbi qüvvələrinin hava müşayiəti altında boğazdan keçməyə çalışdığı bildirilib.
SEPAH açıqlayıb ki, xəbərdarlıqlara əməl etməyən hər iki tanker saxlanılıb. Hadisə zamanı digər dörd tanker isə vəziyyəti nəzərə alaraq marşrutlarını dəyişib və əvvəlki mövqelərinə geri qayıdıb.
İran tərəfi bu addımın Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və beynəlxalq qaydalara riayət olunmasına nəzarət məqsədilə atıldığını bəyan edib.