Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən təzminat tələb edir

2 dəq
Paylaş:
İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən təzminat tələb edir

İran və ABŞ arasında davam edən gərginlik yeni mərhələyə keçib. Rəsmi Tehran “ boğazı”nın yenidən açılması üçün Vaşinqton qarşısında 6 əsas şərt irəli sürüb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Milli Ali Şurasının Məhəmməd Baqir Zülqədr ABŞ-nin İran və onun Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə qarşı hərbi əməliyyatlarını tam dayandırmasını edib.

Məlumata görə, İran müharibə təzminatının ödənilməsini də əsas şərtlərdən biri kimi irəli sürüb. Bildirilib ki, tələblər yerinə yetirilməyənədək “Hörmüz boğazı” gəmilərin hərəkəti üçün bağlı qalacaq.

ABŞ Prezidenti isə İranla danışıqların məhdud çərçivədə davam etdiyini bildirib. “Axios”a açıqlamasında Tramp İranın iqtisadi vəziyyətinin, xüsusilə yüksək inflyasiya və maliyyə çatışmazlığının ölkəyə ciddi təzyiq yaratdığını deyib.

Bununla yanaşı, ABŞ-də hərbi qarşıdurma fonunda raket ehtiyatlarının azalması müdafiə sənayesində istehsalın sürətləndirilməsi ilə bağlı yeni tədbirlərə səbəb olub.

Müdafiə nazirinin müavini Stiv Feynberq silah istehsal edən şirkətlərə istehsal gücünü artırmaq və tədarük müddətlərini qısaltmaq üçün üç həftə vaxt verib. “The Washington Post”un əldə etdiyi sənədə görə, Feynberq uzunmüddətli inkişaf proseslərinin artıq qəbuledilməz olduğunu və istehsal qrafiklərinin dərhal sürətləndirilməli olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax