İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri tərəfindən BƏƏ-də yerləşən "Əd-Dəfra" ABŞ hərbi bazasına ağır zərbə endirilib. Hədəf birbaşa hərbi bazanın ərazisindəki sursat anbarı olub.
“Operativ Məlumat Mərkəzi-OMM” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib.
Məlumata görə, bazada güclü partlayış baş verib. Nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan təcili çıxararaq başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq SEPAH; İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.