Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Trampın atəşkəs təklifini rədd etdi

2 dəq
Paylaş:
İran Trampın atəşkəs təklifini rədd etdi

İran, ABŞ prezidenti Trampın təklifini qəbul etməyib və müharibənin dayandırılması üçün öz şərtlərini irəli sürüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu brədə TV-yə İran hökumətinin rəsmisi danışıb. Bildirilib ki, rəsmi müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə qəti şəkildə çatdırıb.

İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”, - deyə Press TV-yə iranlı rəsmi vurğulayıb. O əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ zərbələr” endirmək niyyətindədir.

Rəsminin sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax