İranın Ali Rəhbəri ayətullah Əli Xamenei ölkənin Məhkəmə Hakimiyyətinin rəhbəri tərəfindən təqdim olunan əfv müraciətini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, ümumilikdə 2108 məhkum əfv edilib, onların cəzası azaldılıb və ya dəyişdirilib.
Sözügedən müraciət Şaban ayı bayramları və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə hazırlanıb.