Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazına görə dünyaya çağırış etdi

2 dəq
Paylaş:
İran Hörmüz boğazına görə dünyaya çağırış etdi

İran boğazından istifadə ilə bağlı Avropa, Asiya və ərəb ölkələri ilə müqavilələr bağlamağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikası hökuməti yanında İnformasiya Şurasının rəhbəri məlumat yayıb.

Həzrəti bildirib: “İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. ABŞ Prezidenti Tramp Hörmüz boğazı haqqında cəfəngiyat danışır. Bu gün belə bir nəticəyə gəldik ki, Hörmüz boğazı ilə bağlı razılaşma elan edə bilərik. Bundan istifadə etmək istəyən Avropa, Asiya və Ərəb ölkələrini bizimlə razılaşma imzalamağa dəvət edəcəyik”.

Qeyd olunur ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İranla münaqişə bitdikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunacağını bildirmişdi. Trampın sözlərinə görə, ABŞ-nin Hörmüz boğazından təchizata ehtiyacı yoxdur, daşınması üçün istifadə edən ölkələr onun vasitəsilə gəmiçiliyi bərpa etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax