İsrailin hərbi hücuma keçməsi barədə yayılan məlumatlardan dərhal sonra İran rəhbərliyi ölkənin hava məkanını bağlamaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu addım bölgədə gərginliyin pik həddə çatdığı bir vaxtda atılıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bütün mülki və kommersiya uçuşları dayandırılıb.
Hazırda bölgədəki vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.
Eyni zamanda, İsrailin hava məkanı mülki aviasiya uçuşları üçün rəsmən bağlanıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilən bu qərar bütün mülki reysləri əhatə edir.
Hazırda ölkənin hava limanlarında uçuşların dayandırıldığı və vəziyyətin nəzarətdə saxlanıldığı bildirilir.