İranın dövlətə yaxın media qurumlarından biri raketin üzərində diqqət çəkən yazı olan foto yayımlayıb. Fotoda raketin üzərində “Epşteynin qurbanlarının xatirəsinə” ifadəsi yer alır.
“Operativ Məlumat Mərkəzi-OMM”bu barədə İran mediasına istinadla xəbər verir.
Məlumata görə, görüntü İranın Press TV telekanalının sosial şəbəkə hesabında paylaşılıb. Bildirilir ki, sözügedən raket ABŞ–İsrail qüvvələrinin mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulub.
Raketin üzərindəki yazı ABŞ-də qalmaqallı işlərlə gündəmə gəlmiş maliyyəçi Jeffrey Epstein ilə bağlı iddialara işarə edir. Epşteyn uzun illər azyaşlıların cinsi istismarı ilə bağlı ittihamlarla gündəmdə olub və onun fəaliyyəti böyük beynəlxalq qalmaqala səbəb olmuşdu.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İran tərəfi isə bu addımı Epşteyn qalmaqalında zərər çəkənlərin xatirəsinə həsr edildiyini bildirib.