Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran: ABŞ ilə əldə olunan razılaşmada 60 günlük müddət yoxdur

2 dəq
Paylaş:
İran: ABŞ ilə əldə olunan razılaşmada 60 günlük müddət yoxdur

İran ABŞ ilə əldə olunan razılaşmada 60 müddətin ultimatum xarakteri daşımadığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik konfransında ABŞ ilə əldə olunan razılaşma sənədinə aydınlıq gətirib.

Bəqayi bildirib ki, sənəddə “60 günlük müddət” adlı xüsusi bənd yoxdur və Tehran dövlət siyasətini heç bir xarici , ultimatum və ya zaman məhdudiyyəti əsasında müəyyən etmir.

Onun sözlərinə görə, razılaşmada qeyd olunan 60 günlük müddət sanksiyaların ləğvi və nüvə fəaliyyəti ilə bağlı iki əsas istiqamətdə danışıqların aparılması üçün nəzərdə tutulan zaman çərçivəsidir.

İran rəsmisi razılaşmanın imzalanmasından qısa müddət sonra ABŞ-nin sənədin şərtlərini açıq şəkildə pozduğunu iddia edib. Bəqayi məhz bu səbəbdən danışıqların başlamadığını və proses həyata keçirilmədiyi üçün 60 günlük müddətin də artıq qüvvəsini itirdiyini bildirib.

Qeyd edək ki, İran və ABŞ arasında iyunun 17-də Pakistanın paytaxtı İslamabadda anlaşma memorandumu imzalanıb. Hazırda Tehran danışıqların bərpası üçün müəyyən şərtlər irəli sürür.

Bununla yanaşı, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni iqtisadi məhdudiyyətlər və ətrafında artan gərginlik gündəmdə əsas müzakirə mövzuları olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax