İran Yaxın Şərqdə ABŞ-yə məxsus bütün obyektləri hədəf aldığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran yalnız ABŞ-nin rəsmi hərbi bazaları ilə kifayətlənməyib, regiondakı bütün Amerika infrastrukturuna zərbələr endirib.
“Biz yalnız onların rəsmi hərbi bazaları ilə məhdudlaşmadıq. Amerikalıların cəmləşdiyi bütün obyektlər, onlara məxsus aktivlərin olduğu bütün ərazilər – bütün bunlar hədəfə çevrildi”, – deyə o qeyd edib.