"Apple" şirkətinin yeni smartfon xəttində ən əlçatan model olacaq iPhone 17e haqqında ilk təfərrüatlar yayılıb. Çinin "Weibo" sosial şəbəkəsində müzakirə olunan məlumatlara görə, bu cihaz ilin ən ucuz "alma" loqolu telefonu olacaq.
Yeni modelin əsas texniki xüsusiyyətləri aşağıdakılardır:
- Ekran: 6,1 düymlük LTPS OLED displey;
- Yenilənmə tezliyi: 60 Hz;
- Dizayn: "Dynamic Island" kəsiyi və Face ID sistemi;
- Prosessor: Yeni nəsil Apple A19 çipi.
Məlumata görə, iPhone 17e digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif ediləcək. Bu da onu geniş istifadəçi kütləsi üçün daha cəlbedici edəcək.
Bundan əlavə, insayderlər "Apple"ın 2026-cı ildə rekord sayda cihaz təqdim etməyi planlaşdırdığını bildirirlər. iOS 19 əməliyyat sisteminin (daxili kod adı iOS 26) kodlarında şirkətin gələcəkdə təqdim edəcəyi 30-a yaxın yeni məhsulun kod adları aşkar edilib.