Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İnterpol 10 insan alverçisini axtarır

1 dəq
Paylaş:
İnterpol 10 insan alverçisini axtarır

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə axtarışı davam etdirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax