Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində 2200-dən çox qonaq, o cümlədən 203 ölkədən dövlət başçıları, məşhur adlar və xeyriyyə təşkilatları, eləcə də kral ailəsinin üzvləri iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə kralı Çarlz və həyat yoldaşı Kamilla mayın 6-da Londondakı tarixi Vestminster Abbey kilsəsində tac qoyacaqlar.
Mərasimin ön sıralarında Britaniya kral ailəsinin üzvləri olacaq.
ABŞ prezidenti Co Bayden isə mərasimdə iştirak etməyəcək, ölkəsi adından mərasimdə onun həyat yoldaşı Cil Bayden iştirak edəcək.
Mərasimdə Türkiyəni Fuat Oktay təmsil edəcək.