İmişli rayonunun Cəfərli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini T.Ələsgərli tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.