İmişlidə yaşayış binasında partlayış olub, xəsarət alan var

İmişlidə yaşayış binasında partlayış olub, xəsarət alan var
22.07.2023 11:09
Aa
dəq

İmişlidə yaşayış binasında partlayış olub, xəsarət alan var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40m² olan ikiotaqlı mənzilin mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi və mənzildə bir nəfərin xəsarətlərlə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.

Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu