Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, prosesə hakim Dadaş İmanov sədrlik edir.
Bu günkü prosesdə isə İlkin Süleymanov son söz deyəcək.
Təqsirləndirilən şəxsin son sözündən sonra hökm oxunacağı gözlənilir.