Operativ Məlumat Mərkəzi

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından ev dustaqlığına buraxılıb

1 dəq
Paylaş:
Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından ev dustaqlığına buraxılıb
bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Həmin şəxslərin müdafiəçilərinin...

Bir neçə vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Şükürov, Koroğlu İbrahimov və Elçin Aslanlı məhkəmə zalından ev dustaqlığına buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Həmin şəxslərin müdafiəçilərinin onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunub.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər