Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun vəkili bir sıra vəsatətlər qaldırıb.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. İş apellyasiya baxışına təyin edilib.