Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev ABŞ yəhudi təşkilatlarının nümayəndələrini qəbul etdi - FOTOLAR

3 dəq
Paylaş:
İlham Əliyev ABŞ yəhudi təşkilatlarının nümayəndələrini qəbul etdi - FOTOLAR

Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı İlham Əliyevlə ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax