İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq

İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
06.10.2023 12:34
Aa
dəq

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamamışdan əvvəl məlumat verib.

“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq veriblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”, - Ş.Mişel vurğulayıb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib. Danışıqlardan sonra Ş.Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşə dəvət edəcəyini açıqlayıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu