İlham Əliyev Lukaşenkoya zəng etdi

İlham Əliyev Lukaşenkoya zəng etdi
30.08.2024 13:00
Aa
dəq

Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu