İlham Əliyev: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”

İlham Əliyev: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”
15.12.2023 13:12
Aa
dəq

"COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.

"İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq," - dövlət başçısı qeyd edib.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu