İlham Əliyev: "enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”

İlham Əliyev: "enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”
02.02.2023 20:44
Aa
dəq

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək.

"Operativ Məlumat Mərkəzi - OMM " xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

"Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayıb: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
DAVAMIN OXU davamın oxu