Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

1 dəq
Paylaş:
İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, başsağlığıda deyilir:

Hörmətli cənab ,

İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin faciəvi xəbəri bizi dərindən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.

Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.

Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax