"Napoli"nin hücumçusu Viktor Osimhenə eyni anda iki təklif gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, forvardın ötən mövsüm icarə əsasında çıxış etdiyi "Qalatasaray" futbolçu üçün neapollulara 60-65 milyon avro təklif edə bilər.
Türkiyə klubu 4 illik müqavilə əsasında Osimhenə illik rekord məbləğdə 15 milyon avro ödəməyə hazırdır.
"Əl-Hilal" klubu da 26 yaşlı forvardla mövsüm başına "xalis" 40 milyon avro maaşla üç illik müqavilə təklif edir.
Osimhen Türkiyə Superliqasının ötən mövsümündə 41 matça çıxıb, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.