İcma: Ermənistan son vaxtlar seçdiyi təhlükəli xəttdən imtina etməlidir

İcma: Ermənistan son vaxtlar seçdiyi təhlükəli xəttdən imtina etməlidir
15.02.2024 13:25
Aa
dəq

30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış bir ölkənin, "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı vermiş birisinin indi Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi gülüncdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarına münasibət bildirərkən yaydığı bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Nikol Paşinyanın xüsusən "işğal altında olan 31 erməni kəndi" kimi uydurma hekayəni ortaya atması Ermənistanın hələ də işğal altında qalan 8 Azərbaycan kəndini qaytarmaq niyyətində olmadığını nümayiş etdirir:

"Bu açıqlamalar həm də onu göstərir ki, cəmiyyətdə mövqeləri getdikcə zəifləyən, komandadaxili problemlər yaşayan Nikol Paşinyan çıxış yolu kimi vəziyyəti qəsdən gərginləşdirməyə və sülh danışıqları prosesini dağıtmağa can atır. Görünür, başda Fransa olmaqla bəzi ölkələrin silahları, Jozep Borel, Zəngəzur dağlarında macəra axtaranlar-Avropa İttifaqının Missiyası, "Yerkrapa" kimi quldur birləşmələri Ermənistanı "cəsarətləndirib". Ermənistan son vaxtlar seçdiyi təhlükəli xəttdən imtina etməlidir", - deyə bəyanatda vurğulanıb.

Həftənin ən çox oxunanları

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb
DAVAMIN OXU davamın oxu

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb
DAVAMIN OXU davamın oxu

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır
DAVAMIN OXU davamın oxu

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib
DAVAMIN OXU davamın oxu