Husilər Tel-Əviv bölgəsindəki İsrail hərbi obyektlərinə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində bildirib.
Hərəkat nümayəndəsinin sözlərinə görə, Təl-Əvivdəki hədəf Yəmən silahlı qüvvələrinin raket qüvvələri tərəfindən hücuma məruz qalıb.
Mənbənin məlumatına görə, hücum iki hipersəs ballistik raketi ilə həyata keçirilib.
Səriya qeyd edib ki, nəticədə iki mühüm hərbi obyekt vurulub.
Onun sözlərinə görə, Təl-Əvivə raket hücumu İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.