Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələrinin həmfikir QHT-ləri ilə birgə layihələr üzrə əməkdaşlığa başlaya bilərlər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O bildirib ki, Azərbaycan belə yanaşmanın xərc bölgüsü və birgə maliyyələşdirilməsi üçün hazırdır:
"Eyni zamanda, sizin təcrübənizdən öyrənməyə və öz təcrübəmizi bölüşməyə də hazırıq".