Əsas məzmuna keç

Hizbullah lideri Naim Qasım İsraillə birbaşa danışıqlara qarşı çıxdı

Hizbullah lideri Naim Qasım İsraillə birbaşa danışıqlara qarşı çıxdı

Şeyx Naim Qasım Livan rəsmilərini Təl-Əvivlə birbaşa təmasları dayandırmağa çağırdı. Hərəkat lideri "rüsvayçı" qərara etiraz edərək müqavimət planını açıqladı.

ru en

Livanın şiə hərəkatının Qasım ölkə hökumətini İsraillə birbaşa danışıqları dayandırmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yayılan bəyanatda qeyd olunub.

Bildirilib ki, Qasım hökumətin İsraillə birbaşa deyil, dolayı danışıqlara keçməli olduğunu vurğulayıb.

Qeyd olunub ki, o, Livan hakimiyyətini milli dialoqa qayıtmağa çağıraraq Hizbullahın silahlı qanadının fəaliyyətini qadağan edən qərarın ləğv edilməsini tələb edib.

Məlumata görə, Qasım 2 mart tarixli qərarı “rüsvayçı” adlandıraraq onun geri götürülməsinin vacibliyini bildirib.

Bildirilib ki, o, hökumətin milli maraqları önə çəkməli olduğunu və daxili birliyin gücləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edilib ki, Qasım İsrailin dəstəyi ilə Hizbullah da daxil olmaqla “İslam müqavimətini” zəiflətməyə çalışdığını iddia edib.

Məlumata əsasən, o, hərəkatın özünü müdafiə hüququndan imtina etməyəcəyini və İsrailə qarşı silahlı müqaviməti davam etdirəcəyini bildirib.

Bildirilib ki, Hizbullahın bəyanatında da silahların təhvil verilməyəcəyi və müqavimətin davam etdiriləcəyi vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…